FƏTİYEV Xanlar Nuru oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi
1972-ci il yanvarın 15-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sənaye və mülki tikinti fakültəsini bitirmişdir. Rus dilini bilir. 1988-ci ildən «Aztransqaz» İstehsalat Birliyinin 2 saylı mexanikləşdirilmiş kolonunda fəhlə, usta işləmişdir. 1992-ci ildən «Betonçu» kooperativinin mühəndisi, sədri, 1994-cü ildən «Elnur» kiçik müəssisəsinin sədri, 1997- ci ildən «Avestas» firmasının baş direktoru, 2003-cü ildən «Aznur» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru, 2004–2011-ci illərdə Gəncə Avtomobil Zavodunun direktoru vəzifələrində çalışmışdır. Hazırda Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür. Azərbaycan–Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya, Belarus, İraq, Makedoniya, Moldova parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var
Партийная принадлежность: Партия Новый Азербайджан

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU