QASIMLI Musa Cəfər oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 42 saylı Sumqayıt ikinci seçki dairəsi
1957-ci il oktyabrın 28-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tarix elmləri doktoru, professordur. ABŞ-da Orta Şərq Araşdırmaları Mərkəzinin, Türkiyədə Turan Strateji Araşdırma Mərkəzinin, Orta Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin üzvüdür. Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş 25-dən çox monoqrafiyanın, dərsliyin və dərs vəsaitinin, 105-dən artıq elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1979–1982-ci illərdə Yardımlı rayonunun orta məktəblərində müəllim işləmişdir. 1986–1992-ci illərdə Azərbaycan Dövlət Universitetinin yeni və ən yeni tarix kafedrasının müəllimi, baş müəllimi, dosenti, universitetin tarix fakültəsı dekanının müavini olmuşdur. 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Beynəlxalq münasibətlər şöbəsində aparıcı mütəxəssis, baş məsləhətçi vəzifələrində çalışmışdır. 1997-ci ildən Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professorudur. Bitərəfdir. Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Belçika, Bosniya- Herseqovina, Braziliya, Danimarka, Estoniya, Kanada, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 4 övladı var.
Партийная принадлежность: Беспартийный

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU