QULİYEV Azay Əjdər oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 46 saylı Şirvan seçki dairəsi
1971-ci il iyunun 23-də Ermənistan Respublikası Sisian rayonunun Vağudi kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür. 1993-cü ildən Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı ictimai birliyinin sədri, 1998-ci ildən Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, 1999–2008-ci illərdə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti olmuşdur. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədridir. Bitərəfdir. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan–Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Cənubi Afrika Respublikası, Çexiya, Estoniya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür. Evlidir, 3 övladı var.
Партийная принадлежность: Беспартийный

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU