XANLAROVA Zeynəb Yəhya qızı
Округ: 50 saylı Qobustan-Xızı–Sumqayıt seçki dairəsi
1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olmuşdur. Bakı Məktəbəqədər tərbiyə pedaqoji məktəbini və Asəf Zeynallı adına Musiqi məktəbini bitirmişdir. SSRİ-nin və Azərbaycanın xalq artistidir. Azərbaycan Dövlət mükafatı laureatı, Ümumittifaq «Qızıl val» mükafatı laureatıdır. «İstiqlal» və «Şöhrət» ordenləri ilə təltif edilmişdir. Əlcəzairin və Özbəkistanın fəxri vətəndaşıdır. Əfqanıstanın və Yəmənin yüksək dövlət mükafatlarına layiq görülmüşdür. Rus dilini bilir.
1958-ci ildən Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin solisti, 1961-ci ildən M.F.Axundov adına Akademik Opera və Balet Teatrının baş solisti olmuşdur.
Bitərəfdir.
On birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı, birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. Azərbaycan–Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Mərakeş, Misir, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
2 övladı var
Партийная принадлежность: Беспартийный