BADAMOV Azər Camal oğlu
Округ: 51 saylı Qusar seçki dairəsi
1968-ci il avqustun 18-də Qusar rayonunun Düztahir kəndində anadan olmuşdur. Azərbaycan Texnologiya İnstitutunun Qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirmişdir. Rus dilini bilir.
1988-ci ildən Kirov adına sovxozda fəhlə, 1990-cı ildən Qusar Şəhər İctimai İaşə İdarəsində iqtisadçı, 1991-ci ildən Qusar Rayon Mərkəzi Xəstəxanasında müfəttiş işləmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin birinci dərəcəli müfəttişi, 1994-cü ildən «Şahdağ» firmasının iqtisadçısı vəzifələrində çalışmışdır. 2003–2007-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2008-ci ildən «Aztelekom» İstehsalat Birliyinin Qusar Rayon Telekommunikasiya Qovşağının rəisidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Avstraliya, Danimarka, İsveç, Portuqaliya, Tacikistan, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
Партийная принадлежность: Партия Новый Азербайджан