ƏŞRƏFOV Arif Əşrəf oğlu
Округ: 55 saylı Xaçmaz şəhər seçki dairəsi
1958-ci il aprelin 15-də Xaçmaz şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə və kredit fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1979–1990-cı illərdə Xaçmaz Rayon Maliyyə Şöbəsinin müfəttişi, böyük iqtisadçısı, şöbə rəisi olmuşdur. 1990-cı ildən Xaçmaz Rayon Vergi Müfəttişliyinin rəisi, 2001-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Sumqayıt 1 saylı ərazi idarəsinin rəisi, 2003-cü ildən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin müşaviri, Antiinhisar Siyasəti Departamenti direktorunun müavini, 2006–2010-cu illərdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Aparatının rəhbəri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvüdür. Cənubi Afrika Respublikası, İran, Kanada, Qətər, Litva parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var
Партийная принадлежность: Партия Новый Азербайджан