HÜSEYNOV Əliağa İzzət oğlu
Округ: 59 saylı Salyan seçki dairəsi
1946-cı il dekabrın 16-da Salyan şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Mühəndis-mexanika fakültəsini, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının kurslarını və Bakı Ali Partiya Məktəbini bitirmişdir. General-leytenantdır. 41 orden və medalla təltif edilmişdir. Rus və ingilis dillərini bilir.
1970–1972-ci illərdə Bakıda tramvay-trolleybus parkında fəhlə və şərab zavodunda mühəndis-texnik işləmişdir. 1972-ci ildən 26 Bakı Komissarı Rayon Hərbi Komissarlığında bölmə rəisinin köməkçisi, 1976-cı ildən İmişli rayon hərbi komissarının müavini, 1978-ci ildən Əzizbəyov Rayon Hərbi Komissarlığının 2-ci bölməsinin rəisi, hərbi komissarı, 1988-ci ildən Yasamal rayonunun hərbi komissarı, 1997-ci ildən Azərbaycan Respublikasının hərbi komissarı vəzifələrində çalışmışdır. 2010-cu ildə Salyan Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur.
Bitərəfdir.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Azərbaycan–Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya, ABŞ, Belçika, Lüksemburq parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var
Партийная принадлежность: Беспартийный