XƏLİLOV Rüstəm Gülabba oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 64 saylı Sabirabad ikinci seçki dairəsi
1958-ci il iyunun 1-də Sabirabad rayonunun Hacıbəbir kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Rus dilini bilir. 1980-ci ildən Sabirabad rayonunda kənd təsərrüfatı idarəsində aqronom, 1983-cü ildən rayon Komsomol Komitəsinin katibi, ikinci katibi, birinci katibi, 1989-cu ildən Sabirabad Rayon Partiya Komitəsinin Təşkilat və kadr işi şöbəsinin müdiri işləmişdir. 1991-ci ildən G.Xəlilov adına kolxozun idarə heyətinin sədri, 2000-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara gömrük keçid məntəqəsi rəisinin müavini vəzifələrində çalışmış, 2002–2005-ci illərdə fərdi təsərrüfatçılıqla məşğul olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan–Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Qazaxıstan, Macarıstan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 4 övladı var.
Партийная принадлежность: Партия Новый Азербайджан

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU