KAZIMLI Xanhüseyn Hüseynağa oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 66 saylı Biləsuvar seçki dairəsi
1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. «Qızıl qələm» və Hacı Zeynalabdin Tağıyev mükafatları laureatıdır. Beynəlxalq Qiymətləndiricilər Cəmiyyətinin üzvü, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədridir. 50-dən çox monoqrafiyanın və dərsliyin, 300-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1967-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri, prorektor, 1994-cü ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi, 1998–1999-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri olmuşdur. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Qiymət və qiymətləndirmə kafedrasının müdiridir. Azərbaycan Sosial Rifah Partiyasının sədridir. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Azərbaycan–Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Cənubi Afrika Respublikası, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 5 övladı var.
Партийная принадлежность: Партия Социального Благоденствия Азербайджана

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU