RÜSTƏMXANLI Sabir Xudu oğlu
Округ: 72 saylı Yardımlı – Masallı seçki dairəsi
1946-cı il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri doktorudur. Azərbaycanın xalq şairidir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. 40-dan çox kitabın müəllifidir, onlardan 15-i xarici ölkələrdə çap edilmişdir. Rus və fars dillərini bilir.
Dünya Azərbaycanlıları Konqresinin həmsədridir.
1967-ci ildən «Ədəbiyyat və incəsənət» qəzetinin redaksiyasında kiçik ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri, 1978-ci ildən «Yazıçı» nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor işləmişdir. 1989-cu ildə ölkəmizdə ilk müstəqil demokratik mətbu nəşr olan «Azərbaycan» qəzetini yaratmış və 2 il onun baş redaktoru olmuşdur. 1991-ci ildən Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1992−1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışmışdır.
Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan–Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İsveç, Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 4 övladı var
Партийная принадлежность: Партия Гражданской Солидарности