CƏFƏROV Aslan Məmmədhüseyn oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 77 saylı Astara seçki dairəsi
1973-cü il iyulun 23-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsini bitirmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. 1992–1995-ci illərdə «Areal» Məhdud Məsuliyyətli Cəmiyyətinin vitse- prezidenti işləmişdir. 1995-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Katibliyində və İşlər İdarəsində mütəxəssis, 1998-ci ildən Azərbaycan Respublikası Ticarət Nazirliyinin Xarici departamentində aparıcı mütəxəssis, Ticarət, məişət və digər növ xidmət sahələrində qaydalara nəzarət üzrə dövlət müfəttişliyinin baş mütəxəssisi, şöbə müdiri, 2002-ci ildən İqtisadi İnkişaf Nazirliyinin Ekspertiza Mərkəzi direktorunun müavini, 2007-ci ildən İqtisadi İnkişaf Nazirliyi yanında İstehsal Bazarına Nəzarət üzrə Dövlət Xidməti rəisinin müavini vəzifələrində çalışmışdır. 2008–2010- cu illərdə «Diplomat-1» firmasının kommersiya direktoru olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Rusiya, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 4 övladı var
Партийная принадлежность: Партия Новый Азербайджан

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU