RZAYEV Tahir Musa oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 82 saylı Ağcabədi seçki dairəsi
1950-ci il fevralın 24-də Ağcabədi rayonunun Xəlfərəddin kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 14 kitabın müəllifidir. Rus dilini bilir. 1970-ci ildən Ağcabədi rayonunun tikinti idarələrində fəhlə işləmişdir. 1971-ci ildən Ağcabədi rayonunda çıxan «Sürət» qəzetində ədəbi işçi, 1977- ci ildən rayon Komsomol Komitəsinin ikinci katibi, birinci katibi, 1982-ci ildən Ağcabədi Rayon Partiya Komitəsinin təlimatçısı, 1987-ci ildən Ağcabədi Rayon İcraiyyə Komitəsi sədrinin birinci müavini, Ağcabədi Rayon Partiya Komitəsinin ikinci katibi olmuşdur. 1989−1991-ci illərdə rayon yemçilik birliyində fəhlə, 1991-ci ildən «Ülfət» qəzetində ədəbi işçi, «Aran» qəzetində şöbə müdiri, 1994-cü ildən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının köməkçisi, İcra Hakimiyyətinin şöbə müdiri, 1999–2001-ci illərdə Ağcabədi şəhər bələdiyyəsinin sədri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan–Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Əfqanıstan, Norveç, Pakistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var.
Партийная принадлежность: Партия Новый Азербайджан

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU