SÜLEYMANOV Elxan Sirac oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 85 saylı Şamaxı seçki dairəsi
1940-cı il dekabrın 6-da Göyçay rayonunun Hacalı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Teatr İnstitutunun Mədəni-maarif fakültəsini bitirmişdir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təsisçisidir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. 15-dən çox kitabın müəllifidir. Rus dilini bilir. 1966–1990-cı illərdə Bakı şəhərində müxtəlif mədəniyyət müəssisələrinə rəhbərlik etmişdir. 1990–1998-ci illərdə Rusiya–Amerika Universiteti Azərbaycan bölməsinin baş direktoru, 1996-cı ildən həm də Azərbaycan–Bolqarıstan birgə müəssisəsinin baş direktoru, 2003–2010-cu illərdə «Xəzər XXI əsr» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifələrində çalışmışdır. Bitərəfdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan–Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bolqarıstan, Bosniya-Herseqovina, Finlandiya, Fransa, Mərakeş, Sloveniya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Parlament Assambleyası Sədrinin müavini və büro üzvüdür. Evlidir, 3 övladı var
Партийная принадлежность: Беспартийный

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU