HACIYEV Sabir Kamal oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 88 saylı Göyçay seçki dairəsi
1954-cü il oktyabrın 5-də Göyçay şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1977-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VVAQ idarəsində məsləhətçi, baş məsləhətçi, Qanunların sistemləşdirilməsi və qanun layihələrinin hazırlanması idarəsində baş məsləhətçi, rəis müavini işləmişdir. 1988-ci ildən respublika prokurorunun köməkçisi, Nazirlər Soveti Hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1990–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, hüquq siyasəti üzrə Azərbaycan Respublikasının Dövlət müşaviri olmuşdur. Vətəndaş Birliyi Partiyasının sədridir. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. ABŞ, Lüksemburq, Polşa, Rusiya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. 2 övladı var
Партийная принадлежность: Партия Гражданского Единства

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU