HACIYEV Şəmsəddin Hümmət oğlu
Округ: 89 saylı Göyçay-Ağdaş seçki dairəsi
1950-ci il noyabrın 8-də Ucar rayonunun Lək kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ticarətin iqtisadiyyatı fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. 150-dən çox elmi əsərin müəllifidir. Rus və ingilis dillərini bilir.
1970-ci ildən Azərbaycan Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçı, kiçik elmi işçi, baş elmi işçi, bölmə müdiri işləmişdir. 1981-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim, dosent, həmkarlar ittifaqı komitəsinin sədri, kafedra müdiri vəzifələrində çalışmışdır. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin rektorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Elm və təhsil komitəsinin sədridir. Azərbaycan–Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya, İran parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 1 övladı var.
Партийная принадлежность: Партия Новый Азербайджан