ƏSƏDULLAYEV Çingiz Rauf oğlu
Округ: 90 saylı Ağdaş seçki dairəsi
1960-cı il avqustun 25-də Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə və kredit fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1981-ci ildən SSRİ Dövlət Bankının Azərbaycan kontorunda iqtisadçı, aparıcı iqtisadçı, 1986-cı ildən Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində bölmə rəisi, «Azərittifaq» Birliyində baş iqtisadçı, idarə rəisinin müavini işləmişdir. 1990-cı ildən Bakı İstehlakçılar Cəmiyyətinin şöbə müdiri, «Nefteko» sovet-alman müəssisəsinin icraçı direktoru, 1991-ci ildən «Turan» Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 1992-ci ildən «Azəriqazbank» Səhmdar İnvestisiya Bankının İdarə Heyətinin sədri vəzifələrində çalışmışdır. 1995-ci ildən Azərbaycan Banklar Assosiasiyasının vitse-prezidenti, 1997-ci ildən «Azəriqazbank» Səhmdar İnvestisiya Bankının Müşahidə Şurasının sədri, 2000-ci ildən Bakı Fond Birjası Müşahidə Şurasının üzvü, 2004-cü ildən «Young Presidents» təşkilatının üzvü, 2007-ci ildən Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədridir.
Bitərəfdir.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavinidir. Azərbaycan–Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Küveyt, Latviya, Litva, Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin sədr müavinidir.
Партийная принадлежность: Беспартийный