CƏBRAYILOV Rafael Kamil oğlu
Округ: 46 saylı Şirvan seçki dairəsi
1958-ci il dekabrın 28-də Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. 10 kitabın və 100-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1985-ci ildən Sabirabad Rayon Prokurorluğunun müstəntiqi, baş müstəntiqi, 1992-ci ildən Azərbaycan Respublikası Prokurorluğu Ümumi nəzarət idarəsinin prokuroru, rəis müavini, Sosial və iqtisadi sahələrdə qanunların icrasına nəzarət idarəsinin, Mülki sahədə qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifələrində çalışmışdır. 2001–2002-ci illərdə Dəvəçi rayon prokurorunun, 2005-ci ildə Gədəbəy rayon prokurorunun köməkçisi olmuşdur.
Bitərəfdir.
Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
Партийная принадлежность: Беспартийный