HÜSEYNLİ Əli Məhəmməd oğlu
Округ: 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi
1968-ci il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. Rus və ingilis dillərini bilir.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
Parlament Üzvlərinin Korrupsiyaya qarşı Qlobal Təşkilatının milli koordinatorudur.
1991-ci ildən Azərbaycan Respublikasının Ali Məhkəməsində iclas katibi, məsləhətçi, sədrin köməkçisi işləmişdir. 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında mütəxəssis vəzifəsində çalışmış, 1996–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin köməkçisi olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Gənclər və idman komitəsinin üzvüdür. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Böyük Britaniya, Estoniya, İtaliya, Kanada parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
Партийная принадлежность: Партия Новый Азербайджан