ƏHMƏDOV Vahid Qazməmməd oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 52 saylı Quba seçki dairəsi
1947-ci il aprelin 2-də Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Metallurgiya istehsalının avtomatlaşdırılması fakültəsini və Bonn Menecment İnstitutunu bitirmişdir. Texnika doktorudur. Əməkdar mühəndisdir. Onlarca kitabın və məqalənin müəllifidir. 1 ixtirası vardır. Rus dilini bilir. Azərbaycan Sənayeçilər və Sahibkarlar İttifaqının sədridir. 1967-ci ildən leytenant Şmidt adına Bakı maşınqayırma zavodunda fəhlə, tokar, usta, böyük mühəndis, növbə rəisi, sahə rəisi, sex rəisinin müavini işləmişdir. 1977-ci ildən Bakı radio zavodunda sex rəisi, istehsalat rəisi, 1981-ci ildən Bakı Dəzgahqayırma İstehsalat Birliyində baş mühəndis olmuşdur. 1983- cü ildən «Bakı fəhləsi» zavodunun direktoru, 1986-cı ildən Keşlə maşınqayırma zavodunun direktoru, 1988-ci ildən «Bakneftmaş» İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışmışdır. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, birinci müavini olmuşdur. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Bitərəfdir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Böyük Britaniya, Çin, Xorvatiya, İsveçrə, İtaliya, Rusiya, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Партийная принадлежность: Беспартийный

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU