SƏLİMOV Eldəniz Adil oğlu
Округ: 55 saylı Xaçmaz şəhər seçki dairəsi
1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olmuşdur. Dağıstan Dövlət Universitetinin Maliyyə və kredit fakültəsini bitirmişdir. «Tərəqqi» medalı ilə təltif edilmişdir. Rus dilini bilir.
2000-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Xaçmaz rayon şöbəsində dövlət vergi müfəttişi, 2002-ci ildən 3 saylı Ərazi Vergilər İdarəsində böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi, mütəxəssis, böyük dövlət vergi müfəttişi işləmişdir. 2011–2012-ci illərdə «Texnikabank» ASC Xaçmaz filialı müdirinin müavini olmuşdur. 2013–2014-cü illərdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi «Üfüq» İstehsalat Birliyi Xaçmaz kondensator zavodunun mühəndis-iqtisadçısı, 2014–2015-ci illərdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvüdür. Avstraliya və Yeni Zelandiya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Çin, İtaliya, Kanada, Qazaxıstan, Lüksemburq parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
Партийная принадлежность: Партия Новый Азербайджан