MƏMMƏDOV Müslüm Mürsəl oğlu
Округ: 57 saylı Kürdəmir seçki dairəsi
1980-ci il martın 1-də Ucar şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini və Bordo Universitetini bitirmişdir. Rus, ingilis və fransız dillərini bilir.
1999–2005-ci illərdə Bakı Dövlət Universitetinin Tərcümə-İnformasiya Mərkəzində tərcüməçi, 2006–2008-ci illərdə «Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası» İctimai Birliyində beynəlxalq münasibətlər üzrə mütəxəssis vəzifələrində çalışmışdır. 2009–2015-ci illərdə Brüssel şəhərində Azərbaycan Kommunikasiya Ofisinin direktoru olmuşdur.
Bitərəfdir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Makedoniya, Mərakeş, Rusiya, Türkiyə, Türkmənistan, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 1 övladı var.
Партийная принадлежность: Беспартийный