HÜSEYNOV Rafael Baba oğlu
Округ: 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi
1954-cü il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Oksford Akademiya İttifaqının həqiqi üzvüdür. Əməkdar incəsənət xadimidir. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Teatr Xadimləri İttifaqının üzvüdür. 14 monoqrafiyanın, 6 dərslik və dərs vəsaitinin, 500 elmi araşdırmanın, 600-dən çox publisistik məqalənin, 5 tammetrajlı sənədli-publisistik filmin ssenarisinin, 3000-dən çox televiziya və radio verilişinin və proqramının müəllifidir. İngilis, rus, fars, ərəb, tacik dillərini bilir.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
1976-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun baş laborantı, 1978-ci ildən Şərqşünaslıq İnstitutunun baş laborantı, kiçik elmi işçisi, baş elmi işçisi, 1988-ci ildən Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin şöbə müdiri vəzifələrində çalışmışdır. 2003-cü ildən Azərbaycan MEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktorudur.
Bitərəfdir.
İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Elm və təhsil komitəsinin, Hesablayıcı komissiyasının, Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Almaniya Federativ Respublikası, İran, İspaniya, İtaliya, Kanada, Koreya, Malta, Portuqaliya, Sloveniya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 1 övladı var.
Партийная принадлежность: Беспартийный