HÜSEYNOV Əliağa İzzət oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 59 saylı Salyan seçki dairəsi
1946-cı il dekabrın 16-da Salyan şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Mühəndis-mexanika fakültəsini, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının kurslarını və Bakı Ali Partiya Məktəbini bitirmişdir. General-leytenantdır. «Şöhrət» ordeni ilə, eləcə də 41 digər orden və medalla təltif edilmişdir. Rus və ingilis dillərini bilir. 1970–1972-ci illərdə Bakıda tramvay-trolleybus parkında fəhlə və şərab zavodunda mühəndis-texnik işləmişdir. 1972-ci ildən 26 Bakı Komissarı Rayon Hərbi Komissarlığında bölmə rəisinin köməkçisi, 1976-cı ildən İmişli rayon hərbi komissarının müavini, 1978-ci ildən Əzizbəyov Rayon Hərbi Komissarlığının 2-ci bölməsinin rəisi, hərbi komissarı, 1988-ci ildən Yasamal rayonunun hərbi komissarı, 1997-ci ildən Azərbaycan Respublikasının hərbi komissarı vəzifələrində çalışmışdır. 2009–2010-cu illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. Bitərəfdir. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Belçika, Çin, Kolumbiya, Koreya, Lüksemburq parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var.
Партийная принадлежность: Беспартийный

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU