RƏHİMZADƏ Arif Qafar oğlu
Округ: 61 saylı Neftçala seçki dairəsi
1941-ci ilin fevral ayında Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Kənd təsərrüfatı elmləri namizədidir. Əmək fəaliyyətinə 1963-cü ildə institutu bitirdikdən sonra başlamışdır. Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda elmi işçi, Leninqrad Vilayət Meyvə Tərəvəz Müfəttişliyində müfəttiş, Krım təcrübə stansiyasında elmi işçi, Azərbaycan Elmi Tədqiqat Yemçilik İnstitutunda elmi katib, baş elmi işçi, Azərbaycan Nazirlər Sovetində baş referent, Azərbaycan KPMK-da təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini, Quba Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan KPMK-nın şöbə müdiri, Azərbaycan Respublikasının Ali Sovetində komissiya sədri, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında dövlət müşaviri vəzifələrində çalışmışdır. On birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 1994-cü il oktyabrın 14-dən 2005-ci il dekabrın 2-dək parlament Sədrinin birinci müavini vəzifəsində çalışmışdır. Milli Məclisin Regional məsələlər komitəsinin sədridir. MDB-nin Parlamentlərarası Assambleyasında komissiya sədridir. Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının üzvüdür. Belarus, Böyük Britaniya, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Bir sıra dövlət ordenləri, o cümlədən «Şöhrət» ordeni və MDB-nin Parlamentlərarası Assambleyasının «Дружба» ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalına layiq görülmüşdür. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. Rus dilini bilir.
Партийная принадлежность: Партия Новый Азербайджан