QULİYEV Elçin Bəybala oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 63 saylı Sabirabad birinci seçki dairəsi
1960-cı il sentyabrın 12-də Sabirabad şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə və kredit fakültəsini bitirmişdir. Rus dilini bilir. 1984–1990-cı illərdə SSRİ Dövlət Bankının Sabirabad filialında mühasib, böyük iqtisadçı işləmiş, 1991-ci ildən Azərbaycan Aqrar Sənaye Bankının Sabirabad şöbəsində aparıcı iqtisadçı, baş iqtisadçı, 1998-ci ildən «İlkin» QİB Kredit Birliyi İdarə Heyətinin sədri, 1999-cu ildən Sabirabad rayon Dövlət Vergi Müfəttişliyinin rəisi, 2000-ci ildən Sabirabad rayon Vergilər Şöbəsinin rəisi, 2001-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini, rəisi, 2002-ci ildən 5 saylı Ərazi Vergilər İdarəsi rəisinin müavini, 2006-cı ildən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Salyan SMP Ərazi İdarəsinin rəisi vəzifələrində çalışmış, 2007–2015-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin şöbə müdiri, Aparat rəhbərinin müavini, Aparat rəhbəri olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Aqrar siyasət komitəsinin üzvüdür. Avstriya, Belarus, Çin, İtaliya, Özbəkistan, Serbiya, Türkiyə, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Партийная принадлежность: Партия Новый Азербайджан

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU