İBRAHİMLİ Fəzail Feyruz oğlu
Округ: 69saylı Cəlilabad-Masallı- Biləsuvar seçki dairəsi
1951-ci il aprelin 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tarix elmləri doktoru, professordur. 80-dən çox elmi əsərin müəllifidir. Rus dilini bilir.
1973–1977-ci illərdə Yardımlı rayonunda orta məktəb müəllimi işləmişdir. 1977–1982-ci illərdə hərbi xidmətdə olmuş, aspiranturada təhsil almışdır. 1982-ci ildən Azərbaycan Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2000-ci ildən Bakı Dövlət Universitetinin professorudur.
Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.
İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Regional məsələlər komitəsinin, Mədəniyyət komitəsinin, Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Azərbaycan-Liviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belçika, Cənubi Afrika Respublikası, Meksika, Rumıniya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var.
Партийная принадлежность: Партия Гражданской Солидарности