QASIMLI Musa Cəfər oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 72 saylı Yardımlı-Masallı seçki dairəsi
1957-ci il oktyabrın 28-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tarix elmləri doktoru, professordur. ABŞ-da Orta Şərq Araşdırmaları Mərkəzinin, Türkiyədə Turan Strateji Araşdırma Mərkəzinin, Orta Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin üzvüdür. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif edilmişdir. Azərbaycanda və xarici ölkələrdə 10 dildə nəşr edilmiş 47 kitabın, 164 elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. 1979–1982-ci illərdə Yardımlı rayonunun orta məktəblərində müəllim işləmişdir. 1982–1992-ci illərdə Azərbaycan Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının aspirantı, müəllimi, baş müəllimi, dosenti, universitetin Tarix fakültəsi dekanının müavini olmuşdur. 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Beynəlxalq münasibətlər şöbəsində aparıcı mütəxəssis, baş məsləhətçi vəzifələrində çalışmışdır. 1997-ci ildən Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professorudur. 2016-cı ilin yanvarından AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktorudur. Bitərəfdir. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bosniya və Herseqovina, Braziliya, Danimarka, Estoniya, Kanada, Malta, Peru, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 4 övladı var.
Партийная принадлежность: Беспартийный

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU