MƏMMƏDOV İqbal Nəriman oğlu
Округ: 78 saylı Lerik seçki dairəsi
1965-ci il yanvarın 6-da Lerik rayonunun Rəzgov kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsini bitirmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. «Tərəqqi» medalı ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir.
1988-ci ildən Sov.İKP-nin XXII qurultayı adına NQÇİ-də operator, mühasib, iqtisadçı, 1990-cı ildən «28 Aprel» NQÇİ-də baş mühasibin müavini, 1991-ci ildən N.Nərimanov adına NQÇİ-də baş mühasib, şöbə rəisi, Qum adası NQÇİ-də baş mühasib işləmişdir. 1996–1999-cu illərdə «Kaspi-Yıldız» Azərbaycan–Türkiyə Müştərək Müəssisəsi İdarə
Heyətinin sədri olmuşdur. 1999-cu ildən Əzizbəyov Rayon Vergilər Müfəttişliyinin Qeyri-dövlət müəssisələrində vergi qanunvericiliyinə və dövlət qiymət intizamına nəzarət şöbəsinin müfəttişi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquqi şəxslərdə vergi qanunvericiliyinə əməl edilməsinə nəzarət baş idarəsinin Ticarət və xidmət təşkilatlarında vergi qanunvericiliyinə nəzarət şöbəsinin böyük müfəttişi, 2000–2010-cu illərdə «Kaspi-Yıldız» Azərbaycan–Türkiyə müştərək müəssisəsi idarə heyətinin sədri, «Azqazservis» MMC-nin baş direktoru vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvüdür. Azərbaycan-Monteneqro parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, Çili, İndoneziya, İtaliya, Koreya, Qazaxıstan, Malayziya, Niderland, Özbəkistan, Türkiyə, Ukrayna, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.
Партийная принадлежность: Партия Новый Азербайджан