QASIMOV Əsabil Qarakişi oğlu
Округ: 79 saylı İmişli seçki dairəsi
1955-ci il noyabrın 8-də İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun Texnologiya fakültəsini bitirmişdir. Rus dilini bilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvüdür.
1972-ci ildən İmişli çörək zavodunda texnoloq, 1977-ci ildən İmişli tədarük kontorunda tədarükçü, çörək zavodunda usta köməkçisi, baş mühəndis vəzifələrində çalışmışdır. 1995-ci ildən «Karat» holdinqinin direktorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çexiya, Gürcüstan, İtaliya, Qətər, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
Партийная принадлежность: Партия Новый Азербайджан