QƏNİZADƏ Çingiz Aşralı oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 80 saylı İmişli-Beyləqan seçki dairəsi
1957-ci il avqustun 1-də Ağdaş şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. Rus və fransız dillərini bilir. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür. 1974–1978-ci illərdə Ağdaş təmir-tikinti sahəsində fəhlə, rayon Daxili İşlər Şöbəsi yanında mühafizə bölməsində gözətçi işləmişdir. 1979-cu ildən Bakı Yanğından Mühafizə Cəmiyyətində təlimatçı, 1990-cı ildən Ədliyyə Nazirliyində söbə rəisinin müavini, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili, 1992-ci ildən Bakı şəhərinin prokuroru, 1994-cü ildən «FDS» Azərbaycan–Türkiyə müştərək müəssisəsinin hüquqşünası vəzifələrində çalışmışdır. 1999-cu ildən Demokratiya və insan hüquqları komitəsinin sədridir. Bitərəfdir. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, Finlandiya, İspaniya, Rusiya, Türkiyə, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var.
Партийная принадлежность: Беспартийный

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU