ABBAS Aqil Məhəmməd oğlu
Округ: 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi
1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Bayat kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Əməkdar jurnalistdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Lenin komsomolu, «Araz», «Dan ulduzu», «Qızıl qələm», «Qızıl kəlmə» mükafatları laureatıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20 kitabın və 1 filmin ssenari müəllifidir. Rus dilini bilir.
1976-cı ildən Ağsu şəhər internat məktəbində müəllim işləmişdir. 1977- ci ildən «Elm və həyat» jurnalının, 1987-ci ildən «Sovet kəndi» qəzetinin şöbə müdiri vəzifələrində çalışmışdır. 1990–2005-ci illərdə «Ədalət» qəzetinin baş redaktoru olmuşdur. 2005-ci ildən həmin qəzetin təsisçisidir.
Bitərəfdir.
Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Mədəniyyət komitəsinin üzvüdür. Albaniya, Meksika, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var
Партийная принадлежность: Беспартийный