BAXŞƏLİYEVA Gövhər Baxşəli qızı
Округ: 93 saylı Bərdə şəhər seçki dairəsi
1954-cü il noyabrın 26-da Bərdə şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Filologiya elmləri doktoru, professordur. AMEA-nın müxbir üzvü, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. «Qızıl qələm» mükafatı laureatıdır. 5 monoqrafiyanın, 12 kitabın və 200-dək elmi və elmi- publisistik məqalənin müəllifidir. Ərəb, rus, ingilis və fars dillərini bilir.
1977-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 1997-ci ildən Azərbaycan MEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktorudur.
Bitərəfdir.
İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2001-ci il iyunun 12-dən 2005-ci il dekabrın 2-dək parlament Sədrinin müavini vəzifəsində çalışmışdır.
Milli Məclisin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin üzvüdür. Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, İsveçrə, İtaliya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
1 övladı var.
Партийная принадлежность: Беспартийный