ORUC Zahid Məhərrəm oğlu
Округ: 94 saylı Bərdə kənd seçki dairəsi
1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əli İsmayıl kəndində anadan olmuşdur. Azərbaycan Texniki Universitetinin Avtomatika və hesablama texnikası fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1996–2000-ci illərdə Azərbaycan EA-nın Fotoelektronika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.
Bitərəfdir.
İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Hesablayıcı komissiyasının üzvüdür. Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belçika, Danimarka, Gürcüstan, Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
Партийная принадлежность: Беспартийный