ALIYEV Sahib Eyvaz oğlu
Округ: 95 saylı Tərtər seçki dairəsi
1964-cü il yanvarın 2-də Ermənistan Respublikası Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Əməkdar jurnalistdir. Rus və alman dillərini bilir.
1991-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Moskvada xüsusi müxbiri, şərhçisi, 1992–1994-cü illərdə baş redaktor müavini, 1995–1998-ci illərdə «Panorama», «Avrasiya» qəzetlərinin baş redaktoru, 1998-ci ildən ANS televiziya şirkətinin redaktoru, 2001-ci ildən «Mərkəz» qəzetinin baş redaktoru, 2003-cü ildən «Lider» televiziyasının redaktoru və siyasi icmalçısı olmuşdur. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında sektor müdiri, 2007–2010-cu illərdə «Lider» televiziyasında «Səda» informasiya redaksiyasının redaktoru, siyasi icmalçı, analitik qrupun rəhbəri vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Peru parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Avstraliya və Yeni Zelandiya, Belarus, Braziliya, Kanada, Malta, Niderland, Özbəkistan, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var
Партийная принадлежность: Беспартийный