PAŞAYEVA Qənirə Ələsgər qızı

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 105 saylı Tovuz
1975ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetini Beynəlxalq hüquq fakültəsini bitirmişdir. Siyasi elmlər doktoru, dosentdir. Gürcüstanın «Şərəf»ordeni ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 10-dan artıq elmi, publisistik kitabın, romanın, yüzlərcə məqalənin müəllifidir. 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olmuşdur. Türkiyənin Giresun, Bolu və Karabük vilayətlərinin fəxri vətəndaşıdır. Rus və ingilis dillərini bilir. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədridir. 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır. 2005–2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olmuş, 2012– 2015-ci illərdə «OdlarYurdu» Universitetinin Siyasi elmlər kafedrasına rəhbərlik etmişdir. Bitərəfdir. Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Səhiyyə komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Avstraliya və Yeni Zelandiya, Bosniya və Herseqovina, Gürcüstan, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Malayziya, Mərakeş, Misir, Pakistan, Rumıniya, Tailand, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Subaydır.
Партийная принадлежность: Беспартийный

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU