ƏLİYEVA Kamilə Əliağa qızı

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 111 saylı Zaqatala-Balakən
1967-ci il iyunun 8-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Biologiya elmləri doktoru, professordur. 1 monoqrafiyanın, 2 dərsliyin, 2 dərs vəsaitinin, 90-dan çox elmi məqalənin müəllifidir. Rus, ərəb, fransız və ingilis dillərini bilir. 1989-cu ildən Azərbaycan Dövlət Universitetinin Bitki fiziologiyası kafedrasının baş laborantı, Genetika və təkamül təlimi kafedrasının laborantı, baş laborantı, müəllimi, baş müəllimi, dosenti vəzifələrində çalışmışdır. 2007-ci ildən Bakı Dövlət Universitetinin Genetika və təkamül təlimi kafedrasının professorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Səhiyyə komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Gürcüstan, İsveç, Litva, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.
Партийная принадлежность: Партия Новый Азербайджан

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU