KƏRİMLİ Azər Şəmşid oğlu
Округ: 112 saylı Qax
1964-cü il iyulun 6-da Bakı şəhərində anadan olmuşdur. Moskva Yüngül Sənaye Texnologiya İnstitutunun Dəri məmulatının texnologiyası fakültəsini bitirmişdir. Rus, ingilis və italyan dillərini bilir.
1989-cu ildə Bakı model ayaqqabılar fabrikində dispetçer işləmiş,
1992–1999-cu illərdə Moskva vilayətində «Fəxri» məhdud məsuliyyətli müəssisəsinin direktoru, 1999–2000-ci illərdə «Qamma», «Lotos» şirkətlərinin prezidenti vəzifəsində çalışmışdır.
Bitərəfdir.
İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Belçika, Estoniya, İspaniya, Peru, Portuqaliya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Evlidir, 2 övladı var
Партийная принадлежность: Беспартийный