MƏSİMLİ Əli Əhməd oğlu
Округ: 114 saylı Şəki kənd birinci
1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Siyasi iqtisad fakültəsini bitirmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Çoxsaylı broşürlərin, məqalələrin və araşdırmaların müəllifidir. Rus dilini bilir.
1980-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik
elmi işçi, elmi işçi, şöbə müdiri işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992-ci ildən Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri vəzifələrində çalışmışdır. 1989–2004-cü illərdə AXC(P)-nin İqtisadiyyat komissiyasının sədri, iqtisadi məsələlər üzrə sədr müavini, Azad Demokratlar Birliyi Təşkilat Komitəsinin sədri, 1993–2005-ci illərdə «Müstəqil İqtisadçılar Birliyi» ictimai təşkilatının prezidenti olmuşdur. 2010-cu ildən İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəridir.
Bitərəfdir.
Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Çin, İsveçrə, Mavritaniya, Norveç, Ukrayna, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin
üzvüdür.
Evlidir, 2 övladı var.
Партийная принадлежность: Беспартийный