HEYDƏROV Fəttah Səməd oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 116 saylı Qəbələ
1938-ci il fevralın 23-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini və Ali Partiya Məktəbini bitirmişdir. «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalına layiq görülmüşdür. Rus dilini bilir. Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədridir. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. 1955-ci ildən Naxçıvan Muxtar Respublikasında kənd klubunun müdiri, kənd məktəbinin müəllimi işləmişdir. 1966-cı ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi, 1976-cı ildən Naxçıvan Muxtar Respublikasının əhaliyə məişət xidməti naziri olmuşdur. 1978-ci ildən Ordubad Rayon Partiya Komitəsinin, 1980-ci ildən Culfa Rayon Partiya Komitəsinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifələrində çalışmışdır. Bitərəfdir. Birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Regional məsələlər komitəsi sədrinin müavini, Hesablayıcı komissiyasının sədridir. Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Avstriya, Böyük Britaniya, Koreya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Uzun müddət ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur. Evlidir, 5 övladı var
Партийная принадлежность: Беспартийный

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU