ŞAHVERDİYEV Astan Nuşrəvan oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi
1947-ci il fevralın 15-də Füzuli şəhərində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunun İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini və Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini bitirmişdir. Texnika elmləri doktoru, professordur. Nyu-York Elmlər Akademiyasının müxbir üzvüdür. UNESCO-nun alternativ enerji mənbələri üzrə işçi qrupunun və idarəedici komitəsinin üzvüdür. 10 dərsliyin və monoqrafiyanın, 300-dən çox elmi məqalənin, o cümlədən impakt faktorlu jurnallarda dərc edilmiş 200 məqalənin müəllifidir. 2 ixtirası və 1 patenti vardır. İngilis və rus dillərini bilir. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunda laborant, baş laborant, mexanik, laboratoriya müdiri, dosent və professor vəzifələrində çalışmışdır. 2001-ci ildən Azərbaycan Texniki Universitetinin kafedra müdiridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İnsan hüquqları komitəsinin, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür. Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İordaniya, Niderland, Serbiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Партийная принадлежность: Партия Новый Азербайджан

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU