QASIMOVA Flora Qasım qızı
Округ: 122 saylı Xankəndi seçki dairəsi
1947-ci il dekabrın 27-də Xankəndi şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini bitirmişdir. Rus və erməni dillərini bilir.
1965-ci ildən Xankəndi rayonunun Badara kənd orta məktəbində və Xankəndi şəhərinin 4 saylı orta məktəbində müəllim, tədris hissəsinin müdiri, 1975-ci ildən Azərbaycan KP Stepanakert Şəhər Komitəsinin təlimatçısı işləmiş, DQMV Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. 1977-ci ildən Bakı şəhərinin orta məktəblərində müəllimlik fəaliyyəti ilə məşğul olmuş, 1994–2005-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport İşləri, Viza və Qeydiyyat İdarəsində dəftərxana müdiri vəzifəsində çalışmışdır.
Bitərəfdir.
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür. Gürcüstan, İsveç, Küveyt, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
2 övladı var
Партийная принадлежность: Беспартийный