MUSTAFA Fazil Qəzənfər oğlu
1965-ci il oktyabrın 19-da Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 1 monoqrafiyanın, 24 kitabın və onlarca elmi məqalənin müəllifidir. İngilis və rus dil¬lərini bilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür.
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidentidir. Azərbaycan Hüquqşü¬naslar Konfederasiyası İdarə Heyətinin üzvüdür.
1984–1986-cı illərdə hərbi xidmət keçmiş, 1986–1991-ci illərdə ali məktəbdə təhsil almışdır. 1991-ci ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin köməkçisi, müşaviri, AXC Analitik Mərkəzinin rəhbəri, 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Apa¬ratının Dövlət-hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1995–1998-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin Türkiyə Cümhuriyyətində özəl təmsilçisi, 1998–2001-ci illərdə AXCP sədrinin müavini olmuşdur. 2001–2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində motoatıcı taqım komandiri kimi xidmət etmişdir.
Böyük Quruluş Partiyasının sədridir.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məc¬¬lisinin deputatı olmuşdur.
Milli Məcli¬¬sin Mədəniyyət komitəsi sədrinin müavini, İnsan hüquqları komitəsi¬nin üzvüdür. Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belçika, Braziliya, İordaniya, İran, Kolumbiya, Latviya, Malayziya, Malta, Rumıniya, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Türkdilli Ölkələrin Parlament Assambleyasında və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Evlidir, 2 övladı var
Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Malta parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Əjdər Əliyev