“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
22 oktyabr 2024   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

22 oktyabr 2024

                                                                                    Layihə 
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 601 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.  7.2.5-ci maddədən “və başqa silahlı birləşmələrinin” sözləri çıxarılsın.
2. 8.1.14-cü maddədə “öz səlahiyyətləri daxilində” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin və həmin maddəyə “əməkdaşlığın” sözündən sonra “, o cümlədən müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində əməkdaşlığın” sözləri əlavə edilsin.
3. 14.11-ci maddə aşağıdakı redaksiyada verilsin: 
“14.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları müvafiq icra hakimiyyəti orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidirlər.”.
4. Aşağıdakı məzmunda 15.2-1-ci maddə əlavə edilsin: 
“15.2-1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımırlar.”.
5. 18-ci maddə üzrə:
5.1. 18.4-cü maddənin birinci cümləsindən “və başqa silahlı birləşmələrinin” sözləri çıxarılsın;
5.2. 18.5-ci maddədə “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş” sözləri “qanunla qadağan olunmayan” sözləri ilə əvəz edilsin;
5.3. aşağıdakı məzmunda 18.6-cı maddə əlavə edilsin:
“18.6. Müvafiq icra hakimiyyəti orqanının  kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət, habelə dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitin istifadəsi üzərində maliyyə nəzarəti (kənar dövlət maliyyə nəzarəti istisna olmaqla) tədbirləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kəşfiyyat və əks-kəşfiyyat tədbirləri üçün vəsaitin xərclənməsi normalarını və qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU