“Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

Qanun layihələri
22 oktyabr 2024   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

22 oktyabr 2024

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 6-cı, 10-cu, 12-ci, 15-ci, 16-cı,      23-cü və 26-cı bəndlərini rəhbər tutaraq, “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365; Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1156-VIQD nömrəli Qanunu) 179-cu maddəsinin 2-ci hissəsinin “c” bəndindən “münsiflər və” sözləri çıxarılsın. 
Maddə 2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250) 308-ci maddəsinin “Qeyd” hissəsinin 7-ci bəndindən “yerli, xarici və beynəlxalq” sözləri çıxarılsın.
Maddə 3. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368; Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli Qanunu) 95.2.5-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 95.2.6-cı maddə əlavə edilsin:
“95.2.6. arbitraj icraatı zamanı məlum olan hallar barədə arbitrlər.”.
Maddə 4. Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 444 (Cild I); 2024, № 2, maddə 134, № 4, maddə 365) 6.1.1-ci, 300.1-ci (hər iki halda), 302.1-ci, 302.2-ci və 302.4-cü maddələrində “münsiflər” sözü “arbitraj” sözü ilə əvəz edilsin.
Maddə 5. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362; Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli, 19 aprel tarixli 1134-VIQD nömrəli, 5 aprel tarixli 1127-VIQD nömrəli, 7 may tarixli 1148-VIQD nömrəli və 31 may tarixli 1168-VIQD nömrəli qanunları) 68.0.4-cü maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 68.0.5-ci maddə əlavə edilsin:
“68.0.5. arbitraj icraatı zamanı məlum olan hallar barədə arbitrlər.”.
Maddə 6. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 18 (Cild I) 12-ci maddəsinin üçüncü hissəsində “məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının” sözləri “və xarici dövlətlərin məhkəmələrinin” sözləri ilə əvəz edilsin və həmin hissəyə “işlər üzrə qərarlarının” sözlərindən sonra “, xarici və yerli arbitraj məhkəmələrinin qərarlarının” sözləri əlavə edilsin.
Maddə 7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16; Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1154-VIQD nömrəli, 24 may tarixli 1163-VIQD nömrəli, 31 may tarixli 1171-VIQD nömrəli və 28 iyun tarixli 1201-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 8.4-cü maddənin “Dövlət rüsumu tutulmalı olan hərəkətlər” sütununa “ərizənin verilməsinə görə” sözlərindən sonra “(arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizələr istisna olmaqla)” sözləri əlavə edilsin;
7.2. 8.6-cı maddənin “Dövlət rüsumunun məbləği” sütünunda “və 8.2-ci” sözləri “, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci” sözləri ilə əvəz edilsin;
7.3. aşağıdakı məzmunda 8.8 – 8.12-ci maddələr əlavə edilsin:

8.8. Arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə

100 manat

8.9. Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə

50 manat

8.10. Arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə

100 manat

8.11. Yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə

50 manat

8.12. Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə

100 manat

7.4. 9.1.14-cü maddədə “və bütün növ” sözləri “, digər ərizələr və ya” sözləri ilə əvəz edilsin.
Maddə 8. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:
8.1. preambulada “məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının” sözləri “və xarici dövlətlərin məhkəmələrinin” sözləri ilə əvəz edilsin və həmin preambulaya “işlər üzrə qərarlarının” sözlərindən sonra “, xarici və yerli arbitraj məhkəmələrinin qərarlarının” sözləri əlavə edilsin;
8.2. 6.1.1-ci maddə üzrə:
8.2.1. beşinci abzas aşağıdakı redaksiyada verilsin:
“xarici və yerli arbitraj məhkəmələrinin qərarları;”;
8.2.2. altıncı abzasdan “və arbitrajlarının” sözləri çıxarılsın;
8.3. 13-cü maddə üzrə:
8.3.1. 13.1.4-cü maddədən “beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları,” və “və arbitrajlarının” sözləri çıxarılsın;
8.3.2. aşağıdakı məzmunda 13.1.4-2 və 13.1.4-3-cü maddələr əlavə edilsin:
“13.1.4-2. bu Qanunun 13.1.4-3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, xarici və yerli arbitraj məhkəmələrinin qərarları əsasında verilən icra vərəqələri – bir ay ərzində;
13.1.4-3. arbitraj məhkəmələrinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarlarının tanınması və icrası barədə məhkəmə qərarları əsasında verilən icra vərəqələri – dərhal;”;
8.3.3. 13.2.1-ci maddədə “və 13.1.4-cü” sözləri “, 13.1.4-cü və 13.1.4-2-ci” sözləri ilə əvəz edilsin;
8.4. 77-ci maddə üzrə:
8.4.1. adından “və arbitrajların” sözləri çıxarılsın;
8.4.2. 77.1-ci və 77.2-ci maddələrdən “və arbitrajlarının” sözləri çıxarılsın.
Maddə 9. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130 (Cild I); 2024, № 2, maddə 138) 41.2.17-ci maddəsində “arbitraja (münsiflər məhkəməsinə)” sözləri “arbitraj məhkəməsinə” sözləri ilə əvəz edilsin.
Maddə 10. “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2041 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
10.1. 14.4-cü maddədə “arbitr” sözü “arbitraj məhkəməsi” sözləri ilə əvəz edilsin; 
10.2. 17.4-cü maddədə “münsif” sözü “arbitraj məhkəməsi” sözləri ilə əvəz edilsin.
Maddə 11. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 597 (Cild I); 2024, № 1, maddə 14) aşağıdakı dəyişikliklər edilsin:
11.1. 1.0.9-cu maddədə “arbitraja (münsiflər məhkəməsinə)” sözləri “arbitraj məhkəməsinə” sözləri ilə əvəz edilsin;
11.2. 8.3-cü maddədə “və arbitraj (münsiflər məhkəməsi) proseslərində” sözləri “proseslərində və arbitraj icraatında” sözləri ilə əvəz edilsin;
11.3. 12.3-cü maddədə “və ya arbitraj (münsiflər məhkəməsi) prosesində” sözləri “prosesində və ya arbitraj icraatında” sözləri ilə əvəz edilsin və həmin maddədən “(münsif)” sözü çıxarılsın;
11.4. 29.7-ci maddənin birinci cümləsindən “və ya arbitraja (münsiflər məhkəməsinə)” sözləri çıxarılsın.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU