“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

Qanun layihələri
22 oktyabr 2024   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

22 oktyabr 2024

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə 
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5, maddə 493; Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1156-VIQD nömrəli Qanunu) 51-ci maddəsində “partiyada rəhbər orqanlarının” sözləri “partiyanın” sözü ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 125.2-ci maddəyə “nizamnaməsinə” sözündən sonra “, proqramına” sözü əlavə edilsin;
2.2. 126-cı maddə üzrə:
2.2.1. adına, 126.1-ci maddəyə və 126.2-ci maddənin birinci cümləsinə “ləğv” sözündən əvvəl “fəaliyyətinin dayandırılması və” sözləri əlavə edilsin;
2.2.2. aşağıdakı məzmunda 126.2-1-ci maddə əlavə edilsin:
“126.2-1. Məhkəmə ərizəçinin iddiası əsasında “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı qərarlardan birini qəbul edə bilər:
126.2-1.1. siyasi partiyanın fəaliyyətinin 2 aydan 6 ayadək müddətinə dayandırılması barədə;
126.2-1.2. siyasi partiyanın ləğvi barədə.”;
2.2.3. 126.3-cü maddənin birinci cümləsində “126.2-ci” sözləri “126.2-1.2-ci” sözləri ilə əvəz edilsin və həmin cümləyə “fəaliyyətini” sözündən sonra “mahiyyəti üzrə qərar qüvvəyə minənədək” sözləri əlavə edilsin.
Maddə 3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1155-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4.1-ci maddənin ikinci cümləsinə “publik hüquqi şəxslər,” sözlərindən sonra “siyasi partiyalar,” sözləri əlavə edilsin;
3.2. 5.4-cü maddə üzrə:
3.2.1. 5.4.1-ci maddəyə “nizamnaməsi,” sözündən sonra “siyasi partiyalara münasibətdə həmçinin proqramı,” sözləri əlavə edilsin;
3.2.2. 5.4.5-ci maddədə “partiyada rəhbər orqanlarının” sözləri “partiyanın” sözü ilə əvəz edilsin;
3.2.3. aşağıdakı məzmunda 5.4.5-1-ci maddə əlavə edilsin:
“5.4.5-1. siyasi partiyalara münasibətdə üzvlərinin reyestri;”;
3.3. 11.3-cü maddə üzrə:
3.3.1. 11.3.2-1-ci maddəyə “nizamnamələrində” sözündən sonra “(siyasi partiyalara münasibətdə əlavə olaraq proqramlarında)” sözləri əlavə edilsin və həmin maddədə “və yerli özünüidarə orqanlarının” sözləri “, yerli özünüidarəetmə orqanlarının və vəzifəli şəxslərin” sözləri ilə əvəz edilsin;
3.3.2. aşağıdakı məzmunda 11.3.3-3-cü maddə əlavə edilsin:
“11.3.3-3. siyasi partiyanın adı, olduğu halda qısaldılmış adı və rəmzləri “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş tələblərə cavab vermədikdə;”;
3.4. 12.8-ci maddə üzrə:
3.4.1. 12.8.3-2-ci maddədən “siyasi partiyaların,” sözləri çıxarılsın;
3.4.2. aşağıdakı məzmunda 12.8.3-3-cü maddə əlavə edilsin:
“12.8.3-3. siyasi partiyaların fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə, habelə onlara edilmiş yazılı xəbərdarlıqlar və onların icrası barədə məlumatlar;”;
3.5. 14-cü maddə üzrə:
3.5.1. 14.1.2-ci maddədə “partiyada rəhbər orqanlarının” sözləri “partiyanın” sözü ilə əvəz edilsin;
3.5.2. 14.2.3-cü maddəyə “sayı,” sözündən sonra “siyasi partiyaların üzvlərinin reyestri,” sözləri əlavə edilsin;
3.6. 17-ci maddə üzrə:
3.6.1. mətni 17.1-ci maddə hesab edilsin və  həmin maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə, “orqanına” sözü “orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;
3.6.2. aşağıdakı məzmunda 17.2-ci maddə əlavə edilsin:
“17.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə apellyasiya məhkəməsinin qərarı qüvvəyə mindiyi tarixdən 3 gün müddətində siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə, həmçinin siyasi partiyanın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi tarixdən 3 gün müddətində siyasi partiyanın ləğvi barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.”;
3.7. 18-ci maddə üzrə:
3.7.1. 18.1-ci maddənin birinci cümləsinə “payları” sözündən sonra “, siyasi partiyaların üzvlərinin reyestri” sözləri və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Siyasi partiyaların üzvlərinin reyestri barədə məlumatlar sorğu əsasında bu Qanunun 15.9.1-ci, 15.9.2-15.9.4-cü və 15.9.7-ci maddələrində nəzərdə tutulmuş hallarda verilir.”;
3.7.2. 18.2-ci maddəyə “payları” sözündən sonra “, siyasi partiyaların üzvlərinin reyestri” sözləri əlavə edilsin.
Maddə 4. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1820 (Cild I) 1.0.5-ci maddəsinə “şəxslər,” sözündən sonra “siyasi partiyalar,” sözləri əlavə edilsin.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU