DEPUTATIMIZ FRANSAYA SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
08 dekabr 2011 | 04:12   
Paylaşın:        
Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Qadınlar və kişilər üçün bərabər imkanlar komitəsinin iclasında iştirak etmək üçün dekabrın 6-dan Fransanın paytaxtı Parisdə səfərdə olacaq.
İclasda qadın haqlarının pozulmasına qarşı mübarizə, müsəlman qadınlara bərabər imkanlar verilməsi, siyasi partiyalarda gender bərabərliyinin tətbiqi və s. məsələlər  müzakirə olunacaq.
Səfər dekabrın 9-da başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU