DEPUTATIMIZIN MÜƏLLİFİ OLDUĞU TAMAŞA BELQRADDA NÜMAYİŞ ETDİRİLƏCƏK

XƏBƏRLƏR
10 mart 2012 | 12:03   
Paylaşın:        

Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmov Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün martın 11-dən 18-dək Serbiyada səfərdə olacaq. 
Belqrad şəhərində keçiriləcək  festivala  dünyanın 12  ölkəsinin  məşhur  teatr qurumları  qatılacaq.  Azərbaycan Dövlət  Akademik Milli Dram Teatrı festivalda deputat-yazıçının müəllifi olduğu  Xocalı soyqırımına həsr olunmuş  “Xəcalət” tamaşası ilə iştirak edir.
Festivalın bağlanış mərasimində ən çox bəyənilən tamaşaya “Qran-pri”  mükafatı  təqdim olunacaq.

 

Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU