AVRONEST PA-nın BÜRO İCLASINDA

XƏBƏRLƏR
13 oktyabr 2014 | 04:10   
Paylaşın:        

Milli Məclisin deputatı, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Elxan Süleymanov Avronest PA-nın Büro iclasında iştirak etmək üçün oktyabrın 15-də Belçikanın Brüssel şəhərinə səfərə yola düşəcək.
İclasda qurumun cari və gələcək fəaliyyəti ilə bağlı müzakirələr keçiriləcək, təkliflərə baxılacaq. Bir sıra təşkilati məsələlər gündəmdə olacaq. Avropa Parlamentini Avronest PA-da təmsil edəcək yeni deputat heyəti Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələrinə təqdim ediləcək. IV plenar sessiyaya hazırlıq işləri görüləcək. Bu ilin oktyabr-noyabr aylarında Ukraynada və Moldovada keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə bağlı fikir mübadiləsi aparılacaq.
Deputatımız Büro iclasında müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.
Səfər oktyabrın 17-də başa çatacaq.

 

Milli Məclisin

Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU