MİLLİ MƏCLİSİN DEPUTATI STRASBURQA SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
12 mart 2012 | 06:03   
Paylaşın:        

Milli Məclisin deputatı Rövşən Rzayev martın 13-dən Fransanın Strasburq şəhərində səfərdə olacaq.
Millət vəkili burada Avronest Parlament Assambleyasının iclasında iştirak edəcək. Tədbirdə Avronest PA-nın Bakıda keçiriləcək növbəti sessiyasının gündəliyinin layihəsi, komitələrdə dinləniləcək hesabatlara edilən təkliflər, Belarusiya üzrə işçi qrupun səlahiyyətlərinin uzadılması, növbəti iclasın yeri və vaxtı ilə bağlı məsələlər müzakirə olunacaq.
Səfər martın 15-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU