QDİƏT PARLAMENT MƏCLİSİNİN TƏDBİRİNDƏ

XƏBƏRLƏR
17 oktyabr 2014 | 06:10   
Paylaşın:        

Milli Məclisin deputatları, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev və nümayəndə heyətinin üzvü Musa Quliyev oktyabrın 19-da Türkiyənin İstanbul şəhərinə yola düşəcəklər.
Millət vəkilləri burada təşkilatın Daimi Komitəsinin üzvləri ilə qurumun rəhbər şəxsləri arasında keçiriləcək birgə görüşdə iştirak edəcəklər.
Toplantıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Məclisi arasında əlaqələrin genişləndirilməsi, gələcək fəaliyyət istiqamətləri, birgə tədbirlərin  təşkili və digər məsələlərlə bağlı müzakirələr aparılacaq.
Səfər oktyabrın 21-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU